Bayden İrana qarşı hazırlıq üçün təlimat verib - Psaki
İranın nüvə proqramı ilə bağlı Vyanada danışıqlar pozulacağı təqdirdə Birləşmiş Ştatlar Tehrana qarşı əlavə addımlar atacaq.
Bu sözləri Ağ Evin mətbuat katibi Cen Psaki deyib.
Onun sözlərinə görə, Vaşinqton İranla bağlı qərarında partnyorlarla məsləhətləşmələr aparacaq:
“Prezident Co Bayden milli təhlükəsizliklə məşğul olan komandaya danışıqların pozulması ehtimalına hazır olmaq və bu halda digər variantları nəzərdən keçirmək barədə təlimat verib. İşlər davam etdirilir”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın