Bayden Trampı Lukaşenkonu tənqid eləməməkdə təqsirləndirdi

Bayden Trampı Lukaşenkonu tənqid eləməməkdə təqsirləndirdi 

ABŞ-da Demokratlar Partiyasından olan prezidentliyə namizəd Co Bayden Amerikanın Prezidenti Donald Trampın Belarus Prezidenti Aleksandr Lukaşenkoya rəğbət bəslədiyini bildirib.

 Baydenin fikrincə, Trampın Lukaşenkonu tənqid eləməməsi buna sübutdur.

“Röyters” agentliyinin Baydendən gətirdiyi sitatda deyilir: “Prezident Tramp Lukaşenkonun davranışını mühakimə eləməkdən, demokratiya tərəfdarlarına dəstəyini təklif eləməkdən imtina edir”.

Baydenin özü Lukaşenkonu “zəif və qeyri-legitim müstəbid” adlandırıb./Hurriyyet.org

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi