Bayden üstələyir, ancaq Trampın şansı var... - Proqnoz
Demokrat Partiyasından ABŞ prezidentliyinə namizəd Co Bayden hazırkı prezident Donald Trampı seçkilərdə 71% səslə məğlub edə bilər.
“FiveThirtyEight” portalı məlumat yayıb.
Saytın proqnozuna görə, Trampın 2020-ci il prezident seçkilərində qalib gəlmək şansı yalnız 29%-dir.
“Bununla belə, hazırkı prezidentin hələ də rəqibini keçə bilmək şansı var. Baxmayaraq ki, Baydenin bir neçə ştatda Trampdan asanlıqla öndə olduğu göz qabağındadır. Trampın bu yarışı qazanması üçün hələ vaxtı var”, - deyə nəşr qeyd edib./Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın