Bayden vergiləri kəskin artırır – 28 ildə ilk
ABŞ Prezidenti Cozef Bayden 1993-cü ildən bu yana ilk dəfə federal vergilərin böyük miqdarda artırılmasını planlaşdırır.
Bu məlumatı “Blumberq” yayıb. Məlumata görə, bu, pandemiya çərçivəsində uzunmüddətli iqtisadi proqramın dəstəklənməsini təmin edəcək.
Agentlik 1,9 trilyon dollar iqtisadi yardım paketindən fərqli olaraq bu təşəbbüsün daha miqyaslı olacağını bildirib.
Bununla bərabər, Baydenin Trampın korporasiyalara və zəngin insanlara üstünlüklərin verilməsi barədə imzaladığı qanunu da ləğv edəcəyi vurğulanıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın