Baydendən şok: Ərdoğana qarşı onları dəstəkləyək

Baydendən şok: Ərdoğana qarşı onları dəstəkləyək 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı müxaliflərin dəstəklənməsi vacib məsələdir.

Bunu ABŞ prezidentliyinə namizəd Co Bayden “Nyu York Tayms”a açıqlamasında deyib.

“Rəcəb Tayyib Ərdoğanla çox vaxt keçirmişəm. Hazırda Türkiyə dövlətinin prezidentidir. Düşünürəm ki, ona fərqli şəkildə yanaşmalıyıq. Müxalifəti dəstəklədiyimizi açıq şəkildə bildirməliyik. Prosesdə iştirak etmək istəyən kürd mənşəli insanları parlamentə cəlb etmək üçün yol xəritəmizin olduğunu açıq formada göstərməyimiz vacibdir. Xatırladım ki, bu proses bir müddət çox yaxşı gedirdi. İndi də bu istiqamətdə daha da aktiv olmalıyıq”, – Co Bayden bildirib.

Qeyd edək ki, ABŞ Prezidentliyinə namizəd Co Bayden Ərdoğanı hədəf seçib. O, müxaliflər və terrorçuların dəstəklənməsinin vacibliyini vurğulayıb./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi