BAYDENİN PREZİDENT SEÇİLDİYİ XƏBƏRİ YAYILDI –Tramp isə "Prezidenti mətbuat yox, hüquq seçir" dedi
ABŞ-da Demokratlar Partiyasından prezidentliyə namizəd Co Bayden prezident seçkilərində qalib gəlib.
Bu barədə dünyanın məşhur xəbər agentlikləri məlumat yayıb.
Bildirilib ki, Co Bayden doğulduğu Pensilvaniya ştatındakı seçkinin nəticələrinə əsasən, əlavə 20 səs alıb.
Bununla da o, Prezident olmaq üçün tələb olan 270 səsdən daha çox – 284 səs toplayıb.
Bu isə onun ABŞ-ın 46-cı Prezidenti olması deməkdir.
İddialara görə, gecə saatlarında Bayden zəfərini elan edəcək.
Diqqətçəkən budur ki, bu xəbərdən dərhal sonra Tramp bir tvit atıb: “Bu seçki hələ bitməyib. Prezidenti mətbuat deyil, hüquq seçir…”.
Xatırladaq ki, Co Baydenin Pensilvaniyada da qazanma xəbərindən düz 1 saat əvvəl Donald Tramp seçkini qazandığını elan etmişdi.
Onu da qeyd edək ki, Tram günlərdir seçki günü və sonradan poçt vasitəsi ilə daxil olan bülletenlərin etibarsız sayılmasını tələb edərək, səsvermə prosesinin dayandırılmasını tələb edir. O, “Mən asanlıqla təslim olmayacam, prosesi Ali Məhkəməyə daşıyacam” bəyanatını da verib.
Bu xəbər üçün şərh yazın