Bayıldakı sürüşmənin səbəbi... -

Bayıldakı sürüşmənin səbəbi... - Əzizov açıqladı

Ekspertlər Badamdar yolunda sürüşmənin səbəbini araşdırır, amma deyərdim ki, bu ərazidə kanalizasiya sisteminin olmaması səbəblərdən biridir.

Bunu sürüşmə zonasında olan Bakı şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Eldar Əzizov deyib.

O bildirib ki, hətta burada yaşayış olmayan zaman, XVIII əsrdə də sürüşmələr qeydə alınıb:

“İnsanların fəaliyyəti sürüşmə prosesin sürətlənməsinə təkan verib. Bu sürüşməni yalnız kanalizasiya sisteminin olmaması ilə bağlamaq olmaz. Ekspertlər araşdırıb rəy bildirəcəklər. Hər halda bugünkü vəziyyət təhlükəlidir, ekspertlərin rəyi olduqdan sonra dəqiq nəsə deyə bilərik”.

E.Əzizov vurğulayıb ki, bütün təhlükəsizlik tədbirləri görülür:

“Gördüyünüz kimi, rayon və şəhər icra hakimiyyətlərinin, Nazirlər Kabinetinin və digər müvafiq qurumların nümayəndələri buradadır, postlar qurulub, proses müşahidə edilir”.

Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini deyib ki, hazırda sürüşmə prosesi aktivdir. O, həmin ərazidə olan tikililərə də münasibət bildirib:

"Bu tikililər yeni deyil. Hər halda o vaxt tikintiyə icazə verən şəxslər də məsuliyyət daşımalıdırlar. Onlar gərək götür-qoy edərdilər ki, burada tikinti işləri aparmaq olar, ya yox. Çünki burada həmişə sürüşmə olub, buranın landşaftı belədir”.Trend

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər