“Bayraktar”lara maraq göstərən ölkələr artıb
«Baykar» aviatikinti şirkətinin texniki direktoru Səlcuk Bayraktar avqustun 4-də bəyan edib ki, Türkiyənin pilotsuz uçan aparatlar (PUA) istehsal edən şirkəti təxminən 10 ölkə ilə müqavilə bağlamaq mərhələsindədir.
Bu barədə “Daily Sabah” qəzeti yazıb.
Bunun ardınca ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşən Bayraktar bu barədə Aviasiya-Kosmik Klubları tərəfindən təşkil olunmuş Aviasiya və Kosmonavtika Sammitində bəyan edib.
Kəşfiyyat-zərbə tipli «Bayraktar TB2» PUA-sına xarici ölkələrdən tələbatın artması deməyə əsas verir ki, ixracdan əldə olunan vəsait tezliklə şirkətin gəlirlərinin əhəmiyyətli hissəsini təşkil edəcək.
Nəşr yazır ki, «Bayraktar TB2» artıq Azərbaycanın, Ukraynanın və Qətərin silahlanmasında yer alıb. O, Türkiyə ordusu tərəfindən Suriyada və Liviyada, Dağlıq Qarabağda silahlı münaqişədə fəal istifadə olunub.
Bu arada Polşa«Bayraktar TB2»-nin alınması barədə saziş imzalayaraq, Türkiyə PUA-larınıəldə edən ilk NATO ölkəsi olub. Varşavaya satılacaq döyüş dronu tank əleyhinə raketlərlə təchiz ediləcək. İlk tədarük artıq 2022-ci ildə baş tutacaq.
Latviya da Türkiyə istehsallı dronların əldə olunmasına marağını ifadə edib.
Bundan əlavə Albaniya da bu pilotsuz aparatları satın almaq niyyətindədir.
Türkiyə hökuməti bəyan edir ki, ölkə dünyada dron istehsalçıları arasında böyüklüyünə görə dördüncü yerə çıxıb.
Bu xəbər üçün şərh yazın