Bayramla əlaqədar məktəblərdə tətil günlərini açıqlanıb
“Nazirlər Kabinetinin qərarına uyğun olaraq bu həftənin şənbə və bazar günləri təhsil məktəblərində tədris davamiyyəti təmin ediləcək”.
Yanvar ayının 6-sı daxil olmaqla tətil günlərinin müddəti elan edilib.
Qeyd edək ki, Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerlərinin dəyişdirilməsi barədə Qərarı izah edib.
İzahda qeyd edilib ki, Qərara əsasən, vətəndaşlar dekabrın 31-i, 2020-ci ilin yanvarın 1, 2, 3, 4, 5 və 6-da istirahət etmək imkanı qazanacaqlar. Dekabrın 28 və 29-u isə iş günləri olacaq.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın