“Bayraqdar” almağa pul yığdılar, Türkiyə isə görün nə etdi...
Türkiyə Ukrayna üçün ianə toplayan Litvaya “Bayraqdar” PUA-sını hədiyyə edib.
Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, toplanan bütün ianələr Litva dövlətinin adından Ukraynaya humanitar yardım kimi göndəriləcək.
Qeyd edək ki, bir müddət əvvəl Litvada Türkiyədən PUA alıb Ukraynaya vermək üçün kampaniya başladılmışdı. Həmin kampaniya çərçivəsində 3 gündə 5 milyon avro toplanmışdı.
Ötən gün həmin məbləğə “Bayraqdar” alınması üçün Litva və Türkiyə şirkəti arasında saziş imzalanmışdı.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın