“Bayraqdar” təchizat gəmilərini vurdu - Britaniya

“Bayraqdar” təchizat gəmilərini vurdu - Britaniya 

Zmeynı adasında döyüşlər davam edir.

Ukrayna “Bayraqdar” PUA-ları ilə Rusiyanın hava hücumundan müdafiə və təchizat gəmilərini vurub. Rusiyanın təchizat gəmiləri “Moskva” raket kreyserinin itirilməsindən sonra Qara dənizin qərbində minimal müdafiəyə malikdir.

Axar.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.

Məlumata görə, Rusiyanın adada qarnizonu gücləndirmək cəhdləri Ukraynaya rus qoşunları ilə döyüşmək və texnikanı məhv etmək üçün daha çox imkanlar verir. Rusiya strateji qanadlı raketlər, hava hücumundan müdafiə sistemləri və sahil müdafiəsi ilə adadakı mövqeyini gücləndirsə, Qara dənizin şimal-qərbində hökmranlıq edə bilər.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi