BDU-nun zəhərlənərək ölən tələbəsinin ekspertiza rəyinin nəticələri açıqlandı

BDU-nun zəhərlənərək ölən tələbəsinin ekspertiza rəyinin nəticələri açıqlandı 

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənərək ölən Xasmətova Şəkər Faiq qızının ekspertiza rəyinin nəticələri açıqlanıb.

Bu barədə Report.az-a Ş.Xasmətovanın atası Faiq Xasmətov məlumat verib.

O bildirib ki, Türkiyə Respublikasında keçirilən ekspetizanın rəyinə əsasən, qızı dəm qazından vəfat edib:

“Hazırda istintaq davam edir. Biz vəkilimiz Türkel Süleymanlı ilə məsləhətləşəndən sonra müvafiq qurumları məhkəməyə verəcəyik. Yaxın günlərdə iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyik”.

Xatırladaq ki, ötən il noyabrın 21-də BDU-nun 2 saylı yataqxanasında yaşayan 3 tələbə qız zəhərlənib. Onlardan biri - 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı dünyasını dəyişib. Zəhərlənmə diaqnozu ilə Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılan 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı və İbadova Həmidə Bünyamiddin qızı evə buraxılıb.

Faktla bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər