BƏƏ Türkiyəyə 10 milyard dollar sərmayə ayırıb

BƏƏ Türkiyəyə 10 milyard dollar sərmayə ayırıb 

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Türkiyəyə 10 milyard ABŞ dolları investisiya ayırıb.

Report.az TASS-a istinadən xəbər verir ki, bunu Ankarada keçirilən mətbuat konfransında Əbu-Dabi Dövlət İnvestisiya Fondunun sədri Məhəmməd Həsən əl-Suveydi bildirib.

Qeyd edək ki, bu gün BƏƏ Dövlət İnvestisiya Fondu, Türkiyə Rifah Fondu və Türkiyə Prezident Administrasiyası yanında İnvestisiya İdarəsi arasında əməkdaşlığa dair sənədlər imzalanıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi