“Belarus səsləri yenidən saymalı, ya da yeni seçkilər keçirməlidir” - ABŞ çağırış edib
Amerika Birləşmiş Ştatlaında (ABŞ) Belarusu yeni seçkilər keçirməyə, ya da avqustun 9-da keçirilmiş seçkilərin nəticələri üzrə səsləri «düzgün» saymağa çağırıblar.
Belə çağırışla senator Robert Menendes - ABŞ Konqresi yuxarı palatasının xarici işlər komitəsinin böyük demokratı çıxış edib.
“Tramp administrasiyası aydın bəyan etməlidir ki, ABŞ və Belarus ikitərəfli münasibətlərində bu yaxınlarda əldə edilmiş uğurlar heç bir əhəmiyyət daşımayacaq. Nə qədər ki, Belarus hakimiyyəti bülletenləri dəqiq saymayaıb və ya beynəlxaq aləmdə qəbul olunmuş demokratik standartlara uyğun yeni seçklər keçiməyib..." - Menendes bəyan edib.
O, əmin olduğunu bildirib ki, əgər «zorakılıq və demokratiyaya hücum» davam edərsə, o zaman ABŞ və Avropa Belarus prezidenti Aleksandr Lukaşenkoya və onun köməkçilərinə qarşı sanksiyaları tezliklə bərpa edəcək.
Menendes seçkiləri «saxtakarlıq və faciə» adlandırıb və ABŞ vətəndaşı Vitali Şklyarovun həbsinin qəbuledilməz olduğunu bildirib./Azpolitika.info
Bu xəbər üçün şərh yazın