Belarusda dövlət kanallarında çalışan daha iki məşhur jurnalist işlərindən ayrıldı:"Vicdan əzabı çəkirik"

Belarusda dövlət kanallarında çalışan daha iki məşhur jurnalist işlərindən ayrıldı:"Vicdan əzabı çəkirik" 

Jurnalist Maksim Ostrovski aparıcısı olduğu “NTV-Belarus” telekanalından ayrıldığını elan edib.

“RİA Novosti” xəbər verir ki, o, bu qərarını vicdan əzabı çəkməsi ilə əlaqələndirib.

İşindən ayrılan digər jurnalist isə “Belta” dövlət agentliyinin müxbiri Pavel Qorbaç olub.

“Bu qərarı dünən verdim. Təəssüf ki, dünən tətil günüm idi və Perlin kimi yoldaşlar məni qabaqlayıblar. Hesab edin ki, istefalar dalğasına qoşulmuşam”, – P.Qorbaç vurğulayıb/Report.az




Birinci məlumatlanmaq üçün facebook səhifəmizi