Belarusda güc strukturları da nümayişçilərə dəstək verdi: Prezidentin istefası tələb edilir-Video
Müstəqillik meydanında, Belarus hökumət evinin və MSK binasının yerləşdiyi ərazidə güc strukturları nümayişçilərlə həmrəylik əlaməti olaraq əllərindəki qalxanları endirib.
Faktinfo.az Pravda.az-a istinadən xəbər verir ki, əraziyə toplaşan minlərlə insan Prezidentin istefasını tələb edir.
Qeyd edək ki, avqustun 9-da Belarusda keçirilən prezident seçkilərinin nəticələrinə əsasən Aleksandr Lukaşenko növbəti dəfə prezident seçilib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın