“Belarusdakı seçkilər ideal keçməyib” - Lavrov
“Belarusdakı seçkilər ideal keçməyib. Buna sübut az deyil. Bunu öz haqlarının tapdalandığını hesab etdikləri üçün etiraz edən vətəndaşlarla dialoqa girmək istəyən Belarus rəhbərliyi də boynuna alır”.
Bu fikirləri “Rossiya-1” telekanalındakı “60 dəqiqə” verilişində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Belarusdakı çətinliklərdən yararlanmaq istəyən xarici oyunçuların cəhdləri bizi narahat edir”, - o bildirib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın