Bərdə rayonunda “Aztelekom” MMC-nin yerli şöbəsindən şikayət edilir

Bərdə rayonunda “Aztelekom” MMC-nin yerli şöbəsindən şikayət edilir 

Bərdə rayon sakini Sabir Allahverdiyev tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. “Aztelekom” MMC-nin Bərdə rayon rəhbərliyindən və əmədaşlarından şikayət edən S.Allahverdiyev saytımız vasitəsilə aidiyyəti qurumların rəhbərliyinə müraciət edib.

Rayonda internetin sürətinin çox aşağı olmasından narazılıq edən şikayətçi deyir ki, bu məsələ ilə bağlı dəfələrlə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə və “Aztelekom” MMC-nin yerli şöbəsinə yazılı və şifahi şəkildə müraciət etsə də, problem həllini tapmır.

“Mən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən, və “Aztelekom” MMC-nin Bərdə rayon şöbəsinin rəisi Rafael Qədimov və baş mühəndis Yunis Məmmədovdan bir vətəndaş və internet istifadəçisi kimi çox narazıyam və hər ikisindən şikayətçiyəm. Çünki bu şəxslər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə və “Aztelekom” MMC-yə saxta sənədlər yazıb göndərirlər ki, hər şey öz qaydasındadır. Halbuki, dəfələrlə zəng edib, internet xətt parametrlərimin çox zəif olması ilə bağlı nazirliyə və “Aztelekom”a şikayət etmişəm və bildirmişəm ki, Bərdə rabitə şöbəsi yuxarı orqanlara yalan məlumat verir və qeyri-dəqiq sənədlər göndərirlər.

Odur ki, Bərdədə internet problemi həll olunmadığı üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Aztelekom” MMC-nin Bərdə rayon şöbəsinin rəhbərliyindən narazı və şikayətçiyəm”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər