Bəs, Putin “sərhədimizə gəlir” deyirdi? - Zəifliyin şok etirafı

Bəs, Putin “sərhədimizə gəlir” deyirdi? - Zəifliyin şok etirafı 

Rusiya lideri Vladimir Putinin İsveç və Finlandiyanın NATO üzvlüyü məsələsinə kifayət qədər soyuqqanlı yanaşması politoloqların geniş müzakirələrinə səbəb olub.


Faktinfo.az Axar.az-a istinadla xəbər verir ki, Putin Belarus lideri ilə görüşdə İsveç və Finlandiyanın “Rusiya ilə problemlərinin olmadığını” bildirərək, onların NATO-ya qəbulunun Moskva üçün xüsusi təhdid yaratmadığını bildirib.

Olduqca böyük sual doğuran bir cavabdır. Putin Ukraynaya qarşı aqressiyasını NATO-nun şərqə genişlənməsi və Rusiya sərhədlərinə çıxması ilə əlaqələndirirdi. 2021-ci ilin sonunda NATO və ABŞ-dan təhlükəsizliklə bağlı təminat da tələb etmişdi və NATO-nun “90-cı illər sərhədlərinə” çəkilməli olduğu kimi mümkünsüz bir şərt irəli sürmüşdü.

Putinin əsas tələblərindən biri o idi ki, ABŞ və NATO Rusiya ilə qeyri-rəsmi şərti pozur və şərqə doğru genişlənərək, Rusiyanın sərhədlərinə yaxınlaşır. Ukraynanın NATO-ya qəbul edilməsi halında Rusiya üçün ciddi təhdidlərin yaranacağını açıqlayan Putinin bu ölkəyə hücumunda başlıca arqumentlərindən biri də budur.

Finlandiyanın Rusiya ilə 1300 km-ə yaxın sərhədi var. Nəzərə alsaq ki, Ukrayna ilə sərhəd 2 min km-ə yaxındır və Rusiya Ukraynanın NATO üzvlüyünə dəhşətli reaksiya verir, onda Ukraynanın “2/3-si qədər olan” Finlandiyaya soyuqqanlı yanaşmasının səbəbini anlamaq çətindir.

Siyasi müşahidəçi Asif Nərimanlı da hesab edir ki, əslində bu iki ölkənin NATO üzvlüyü Rusiya üçün Ukraynadan daha böyük təhdid hesab edilə bilər: Şimal Alyansı Baltik dənizində və Arktikada Rusiyanı sıxışdıracaq.

“Moskvanın geri çəkilməsi Ukrayna müharibəsi fonunda ikinci cəbhəni açmaq gücündə olmamasından da qaynaqlanır. Halbuki bütün məsələ Moskvanın tez-tez dilə gətirdiyi kimi “Rusiyanın Qərb cəbhəsi qarşısında gələcək mövcudluğunun qorunmasıdırsa”, Putinin mövqeyi daha sərt olmalı idi. Geosiyasi müəmma davam edir”, - politoloq qeyd edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi