Bəşər Əsəddən təklif gəldi : Hazırıq...
Suriya hökuməti rəsmi Ankara ilə danışıqlara hazır olduğunu açıqlayıb.
Faktinfo.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Suriyanın İnformasiya Nazirliyinin məsləhətçisi Bəssam əbu Abdullah açıqlama verib.
O, Suriya hökumətinin danışıqlar üçün rəsmi Ankaraya iki təklifinin olduğunu bildirib:
“Birincisi, terrorizmə son qoyaq, suriyalıların geri qayıtmasını təmin edək. İkincisi, İdlib məsələsini həll edək, PKK/PYD-yə qarşı birgə mübarizə aparaq”.
Əbu Abdullah Suriya ordusunun Türkiyəyə qarşı döyüşmədiyini bildirib, terrorizmə qarşı mübarizə apardığını deyib.
Türk mediası onun Suriya Prezdenti Bəşər Əsədin adına açıqlama verdiyini bildirib.
Qeyd edək ki, bu gün "Rusiya-24" kanalına müsahibə verən Bəşər Əsəd Suriyanın Türkiyəyə qarşı hər hansı düşmənçilik hərəkəti etmədiyini, suriyalılarla türklər arasında nikahlar, ümumi həyati maraqlar olduğunu bildirmiş və "aramızdakı fikir ayrılığı məntiqsizdir" deyə Türkiyəyə bir mesaj ötürmüşdü.
Bu xəbər üçün şərh yazın