Bəxtiyar Hacıyevə görə keçiriləcək aksiyaya - DİN və İcra Hakimiyyətindən reaksiya
Bakıda bir qrup şəxs ictimai fəal Bəxtiyar Hacıyevin həbsinə etiraz əlaməti olaraq etiraz aksiyası keçirəcəkləri ilə bağlı sosial şəbəkələrdə çağırışlar edib.
Yeniavaz.com xəbər verir ki, onların aksiya ilə bağlı müraciətinə Bakı Şəhər İcra Hakimiyyətindən cavab verilib. Bildirilib ki, sözügedən yerdə aksiya məqsədəmüvafiq deyil.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov isə məsələ ilə bağlı mətbuatın aşağıdakı suallarını cavablandırıb:
Bir qrup şəxs sosial şəbəkələrdə çağırış edərək dekabrın 23-də Fəvvarələr meydanında aksiya təyin etdiklərini bildirib. Qeyd olunan aksiyanın keçirilməsinə imkan veriləcəkmi?
- Aidiyyəti dövlət qurumları ilə razılaşdırılmamış hər hansı aksiyanın keçirilməsinə cəhd edilərsə, bu qanunsuz hesab olunacaq və qarşısının alınması üçün müvafiq tədbirlər görüləcək.
- Onlar arasında hüquq müdafiəçiləri və ictimai fəallar da var...
- Kimliyindən asılı olmayaraq, razılaşdırılmadan aksiya təşkil edənlər qanunsuz aksiyanın iştirakçılarıdır. Ona görə də belə bir aksiyanın keçirilməsinə cəhd edənlərə qarşı da qanunsuz aksiya iştirakçısı kimi tədbir görüləcək.
Bu xəbər üçün şərh yazın