“BİLİRSİZ, XALQ ARTİSTLƏRİ ARASINDA NƏ QƏDƏR NARKOMAN VAR?” – Partiya sədri
“Meyxanaçının bu ifası açıqca narkotik maddələrin təbliğatına yönəlib.
Bu, təbliğat xarakterli addımdır. Hesab edirəm ki, o gənc özü də bu təbliğatın fərqində deyil”.
Bunu Ümid Partiyasının sədri İqbal Ağazədə bildirib.
Bununla belə, partiya sədri adıçəkilən meyxanaçıya bu mahnıya görə cinayət işi açılmasını düzgün saymadığını deyib: “Cinayət işinin açılmasını düzgün saymıram. Niyə bu tipli mahnılar izlənilir? Hər şey cəmiyyətin əhval-ruhiyyəsindən asılıdır.
Azərbaycan televiziyalarında elə adamlar təbliğ edilir ki, istər-istəməz gənclərə pis örnək olur. Bilirsiz, xalq artistləri arasında nə qədər narkotik qəbul edənlər var? Onlar isə hazırda televiziyaları zəbt ediblər. Bu bəladan qurtulmaq üçün televiziya siyasətini düzgün istiqamətləndirmək lazımdır. Narkotik çəkən adam xalq artisti olursa, sonunda belə də olmalıydı”.//Bakupost.az
Bu xəbər üçün şərh yazın