Binəli Yıldırım: "İmamoğluna YSK-nın verəcəyi qərarı sakitliklə gözləməsini bir daha tövsiyə edirəm”
“Bu bir hüquqi prosesdir. Səslər saxtalaşdırılıb. Hər şey bu qədər açıqdır. Bizim səslərimizin bir hissəsi yekun aktlarda rəqib namizədə yazılıb.”
Bu sözləri AK Partiyanın İstanbul bələdiyyə sədrliyinə namizəd Binəli Yıldırım deyib. Yıldırım İstanbulda planlı şəkildə saxtakarlıq edildiyini və bunun üçün hüquqi proses apardıqlarını bildirib.
“Hüququmuzu müdafiə edirik, vətəndaşlarımızın verdiyi səsin doğru-dürüst sayılmasını istəyirik. Səslər saxtalaşdırılıb, hər şey bu qədər açıqdır. Bizim səslərimizin bir hissəsi yekun aktlarda rəqib namizədə yazılıb. İstanbul kimi şəhəri idarə edəcək bələdiyyə sədrinin saxta səslərlə seçilməsi doğru deyil.
Seçkidə edilən saxtakarlıqlar , yanlışlıqlar, səs oğurluqları kifayət qədərdir. Hamımıza düşən, nəticə sakitliklə gözləməkdir. Xarici ölkələrə mesajlar göndərmək, xarici ölkələrdən Türkiyəyə təzyiq tələb etmək doğru deyil. – Binəli Yıldırım belə deyib./Avropa.info
Bu xəbər üçün şərh yazın