Bir ailənin Xalqına və Dövlətinə olan sevgisi –

Bir ailənin Xalqına və Dövlətinə olan sevgisi – VİDEO

Bir çox yerlərdə olduğu kimi, Gəncə şəhərində də Azərbaycan torpaqlarının işğaldan azad edilməsi naminə təşkil olunmuş 8 Noyabr "ZƏFƏR GÜNÜ" adlı tədbir 13-saylı Körpələr Evində keçirilib.

Kanals.az xəbər verir ki, tədbirin təşkil edilməsi uzun illər Dövlət və dövlətçiliyə xidmət edən Əsgərovlar ailəsinin qız övladı, 13 saylı Baxçanın direktoru Pərvanə İmamquliyeva tərəfindən həyata keçirilmişdir.

Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri, Şəhid ailələri və Qarabağ Qaziləri, Universitet tələbələri, sənət adamları, müğənnilər və başqaları iştirak etmişdir.

Maraqlı məqamlardan biri də budur ki, Əsgərovlar ailəsinin Almaniyada yaşayan ailə üzvüləri də 8 Noyabr "ZƏFƏR GÜNÜ" adlı tədbirə qatılaraq, Berlin şəhərində Azərbaycanlıların da toplaşdığı tədbiri təşkil ediblər.

Bir ailənin Xalqına və Dövlətinə olan sevgi dolu xidmətlərini sizlərə təqdim edirik:

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi