Bir həftə ərzində Rusiya 30 milyard dollar...

Bir həftə ərzində Rusiya 30 milyard dollar... 

Bu həftə Rusiya Bankının (Mərkəzi Bank) valyuta ehtiyatları 29,8 milyard ABŞ dolları və yaxud 5,1% azalıb.

Son nəticədə qurumun valyuta ehtiyatları 581 milyard ABŞ dollarından 551,2 milyard ABŞ dollarına düşüb.

Bu, 2008-2009-cu illərdəki qlobal maliyyə böhranından bəri Rusiya Bankında ən böyük azalmadır. Belə ki, 2008-ci ilin oktyabr ayında valyuta ehtiyatları 30,6 milyard ABŞ dolları, 2009-cu ilin yanvar ayında isə 30,3 milyard ABŞ dolları azalma nümayiş etdirmişdi./Report.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi