Bir yandan Fransa, digər tərəfdən Ermənistan... - Bulud
Fransada ən güclü lobbi erməni lobbisidir. Aralıq dənizində Türkiyənin təbii qaynaqlara sahib olma strategiyasına ən böyük narazılığı da Fransadan görürük.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Prezidentinin Baş müşaviri İgid Bulud çıxış edib.
"Fransa bölgəyə helilkopter göndərir, sonra Livana yönləndirir. Təyyarə gəmisi göndərir və onu yoldan geri döndərmək məcburiyyətində qalır. Əlbəttə ki, istəyərək bunu etmir və bu, Türkiyənin Aralıq dənizindəki varlığından irəli gəlir. Hərbi gücümüzü önünə gətirdiyində Fransanın bölgədə edəcəyi bir şey qalmır. Bir yandan Fransa Aralıq dənizində Türkiyəyə qarşı savaş aparır, digər yandan da Ermənistan Azərbaycana hücum edir", - Bulud qeyd edib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın