Rusiya və Səudiyyə Ərəbistanından sonra, Birləşmiş Ərəb Əmirlikləri də...
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) aprel ayından etibarən xam neft istehsalını artıracaq.
Faktinfo.az Axar.az-a istinadən xəbər verir ki,ölkənin gündəlik neft hasilatının 3 milyon barreldən 4 milyon barrelə çatdırılması hədəflənir. İstehsalın sutkada 5 milyon barrelə çatdırılması da planlaşdırılır.
Birləşmiş Ərəb Əmirliklərinin milli neft şirkəti “ADNOC”un açıqlamasında bildirilir ki, şirkət apreldən etibarən gündəlik 4 milyon barreldən çox neft hasil etməyə hazırdır. İstehsalın sutkada 5 milyon barrelədək artırılması istiqamətində də işlər sürətləndiriləcək.
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) məlumatına görə, yanvarda BƏƏ-nin gündəlik neft hasilatı 3,03 milyon barrel olub.
Qeyd edək ki, daha əvvəl Rusiya və Səudiyyə Ərəbistanı apreldən etibarən neft hasilatını artıracaqlarını açıqlayıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın