Bolqarıstanla Rusiya arasında növbəti casus qalmaqalı –Diplomat ABŞ qoşunları haqda məlumat toplayırmış
Bolqarıstan rusiyalı diplomatı casusluqda ittiham edir və onu ölkədən qovur.
“Bolqarıstan Respublikasının xarici işlər nazirliyi Rusiyanın Sofiyadakı səfirliyinin diplomatını “persona non grata” elan edib və ona diplomatik statusu ilə uyğun olmayan fəaliyyətinə görə ölkəni tərk etmək üçün 72 saat vaxt verib,” – Bolqarıstanın Xarici İşlər Nazirliyi cümə günü bəyanatda bildirib.
Rusiya diplomata qarşı ittihamların “əsassız” olduğunu söyləyib.
İttihamçılar deyir ki, diplomat illər boyu ABŞ qoşunlarının Bolqarıstana yerləşdirilməsi ilə bağlı məlumat toplayıb.
ABŞ-ın Bolqarıstandakı səfirliyinin bəyanatında deyilir: “Biz son həftələr və aylarda Rusiya rəsmilərinin Bolqarıstanda casusluqdan tutmuş, həm ölkə daxilində, həm xaricdə əleyhdarları zəhərləməyə kimi bir sıra aqressiv addımlar atdığını müşahidə etmişik. Bolqarıstan güclü NATO müttəfiqi və tərəfdaşıdır və suverenliyini qorumaq kimi ayrılmaz hüquqa sahibdir”.
Nə Bolqarıstan, nə də Rusiya diplomatın kimliyini açıqlamayıb, lakin “Associated Press” bildirir ki, yerli media diplomatın polkovnik Vasili Sazanoviç olduğunu müəyyən edib.
Bolqarıstan son bir il ərzində casusluqda ittiham etdiyi azı beş Rusiya diplomatını evdən qovub.
Şərqi Avropa ölkəsi NATO və Avropa İttifaqının üzvü olsa da, Soyuq Müharibə dövründə Rusiyanın ən yaxın müttəfiqlərindən biri idi.
Amerikanın Səsi
Bu xəbər üçün şərh yazın