"Borclu qazanxanalara qaz verilişi dekabrın 15-dən dayandırılacaq" - Ruslan Əliyev
Bu ilin 11 ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi "Azərkontrakt" ASC-dən alınan təbii qaza görə 575,35 milyon manat odənis edib.
Bunu “Azəriqaz”ın Baş direktoru Ruslan Əliyev bu gün media nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyasında bildirib.
“Bu qurumdan alınan qazın dəyəri 100 % ödənilib. Baxmayaraq ki, “Azəristiliktəchizat” ASC-nin bizə borcu yaranıb, biz "Azərkontrakt" qarşısında odəmələrimizi vaxtı vaxtında etməyi özümüzə borc bilirik “,- deyə o qeyd edib.
Onun sözlərinə görə, ayın 15-dən borclu qazanxanalar üzrə qaz verilişi dayandırılacaq.
“Dovlət tərəfindən“Azəristiliktəchizat”a borcu qaytarmaq üçün 12 milyon manat ayrılıb. Lakin onların bizə olan borcu 20 milyon manat təşkil edir. Ona görə borclu qazanxanalar üzrə qaz verilişi dekabr ayinin 15-dən dayandırılacaq”, - R. Əliyev bildirib./Report.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın