Boris Conson da Tixanovskya ilə görüşüb - "Birmənalı şəkildə sizin tərəfinizdəyik..."
Böyük Britaniyanın baş naziri Boris Conson avqustun 3-də Belarus müxalifətinin lideri-prezidentliyə keçmiş namizəd Svetlana Tixanovskayanı qəbul edib.
"Azadlıq" radiosu xəbər verir ki, görüşdə Conson Brtaniyanın Belarus vətəndaş cəmiyyəti və Belarus xalqının demokratiyaya nail olmaq cəhdlərini dəstəklədiyini bəyan edib.
“Biz birmənalı şəkildə sizin tərəfinizdəyik və sizin fəaliyyətinizi dəstəkləyirik”,-deyə Baş nazir vurğulayıb.
Boris Conson qeyd edib ki, Britaniya müxalifətdə olan bloger Roman Protaseviçin olduğ təyyarənin Minskdə məcburi yerə endirilməsindən sonra, Aleksandr Lukaşenko rejiminə qarşı ilk sanksiya tətbiq edən ölkələrdən biridir.
Tixanovskaya Londona səfəri zamanı Belarus diasporunun üzvləri ilə də görüşüb. Onun həmçinin Britaniyanın xarici işlər nazirliyi və deputatlarla görüşləri nəzərdə tutulub.
Xatırladaq ki, Tixanovskaya bundan əvvəl Vaşintonda ABŞ prezidenti CoBaydenlə də görüşüb. Bir çox dünya ölkələri onu Belarus vətəndaş cəmiyyətinin lideri kimi tanıyırlar. Qərb ölkələri, ötən il Belarusda keçirilmiş prezident seşkisinin nəticələrini və həmin seçkidə qalib elan edilmiş Aleksandr Lukaşenkonun legitimliyini tanımırlar.
ABŞ və Avropa Birliyi başda olmaqla bir sıra dünya ölkələri bu mübahisəli seçkidən sonra Belarusda başlayan repressiyalara görə, Lukaşenko rejiminə qarşı bir sıra sanksiyalar tətbiq ediblər.
Bu xəbər üçün şərh yazın