Borodyanka Buçadan daha dəhşətlidir - FOTO
Kiyev yaxınlığındakı Borodyanka şəhərində Dövlət Fövqəladə Hallar Xidmətinin xilasediciləri bombalanmış evlərin dağıntılarını sökməyə başlayıb.
Bu barədə jurnalist Roman Boçkala sosial şəbəkədə məlumat yayıb.
Jurnalist bildirib ki, xilasedicilər sakinlərlə bağlı məyusedici proqnozlar verirlər:
“Bunlar kütləvi məzarlıqlardır. Hava hücumları zamanı sığınacaqlarda gizlənən insanlar ölüb. Hündürmərtəbəli binaların zirzəmiləri tələyə çevrilib. Dəhşətli xəbərlər gözləyirik. Ölənlərin meyitlərini 2-3 günə çıxaracaqlar. Bunu bir daha deyəcəyəm - Borodyanka Buçadan daha dəhşətlidir. Mən heç olmasa bir dağılmamış ev tapmağa çalışdım, amma bacarmadım. Hər yerdə insanlar var idi, çünki Borodyankadan təxliyə olmamışdı. Bu, dəhşətli faciədir”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın