Böyük Britaniya Şimali Kiprin müstəqilliyini tanımağa hazırlaşır - KİV
Böyük Britaniya hökuməti Şimali Kipr Türk Respublikasının müstəqilliyini tanımağı planlaşdırır.
Bunu Britaniyanın “The Sunday Express” qəzeti yazıb.
Məlumata görə, Britaniyanın baş naziri Boris Consona yaxın dairələr Cenevrədə Kipr məsələsi ilə bağlı qeyri-rəsmi görüşlərin keçiriləcəyinin gözlənildiyini bildiriblər. Toplantıda yunan və türk kiprləri arasında razılaşma əldə olunmasa, rəsmi London Şimali Kipr Türk Respublikasının müstəqilliyini tanıyacaq.
“Bu, Kipr adasında tarazlıq yaradacaq addım olacaq”,- məqalədə vurğulanıb.
Yazıda qeyd olunub ki, əgər Böyük Britaniya Şimali Kiprin müstəqilliyini tanısa, iki ölkə arasında təyyarə reysləri açılacaq./Report.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın