“Böyük itki verən Rusiya qüvvələri Belarus və Rusiyaya qayıtmağa məcbur olublar” -

“Böyük itki verən Rusiya qüvvələri Belarus və Rusiyaya qayıtmağa məcbur olublar” - Britaniya kəşfiyyatı

“Rusiyanın Donetsk və Luqanskdakı hücumlara diqqət yetirməsi, görünür, onun birdən çox əhəmiyyətli hücum xəttini var gücü ilə saxlamağa çalışmasının susqun etirafıdır”.

Report.az xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.

“Böyük itki verən Rusiya bölmələri ehtiyatları yenidən təşkil etmək və artırmaq üçün Belarus və Rusiyaya qayıtmağa məcbur olublar.

Bu fəaliyyət Rusiyanın onsuz da gərgin vəziyyətdə olan logistikasına əlavə təzyiq göstərir və Rusiyanın Ukraynadakı ön bölmələrini yenidən təşkil etməkdə hansı çətinliklərlə üzləşdiyini nümayiş etdirir.

Rusiya, çox güman ki, məhdud yerüstü manevr imkanlarını kütləvi artilleriya və raket zərbələri ilə kompensasiya etməyə davam edəcək”, - məlumatda vurğulanıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi