Braziliyanın da fond indeksi çökdü – 22 ilin rekordu

Braziliyanın da fond indeksi çökdü – 22 ilin rekordu 

Braziliyanın “Bovespa” indeksi 12% azalıb.

Bu məlumatı “Röyter” yayıb. Məlumata görə, bu, 1998-ci ildən bu yana qeydə alınan ən böyük geriləmədir.

İndeksin geriləməsinə səbəb “Petrobas” neft şirkətinin səhmlərinin 31% ucuzlaşması olub.

Qeyd edək ki, koronavirus və neft qiymətlərinin kəskin ucuzlaşması ucbatından dünyanın bir sıra ölkələrinin fond birjalarında geriləmələr yaşanır. Belə ki, Asiya-Sakit okean regionlarının əsas fond bazarlarında geriləmə 3%-7%, Avropada 6%-9%, ABŞ-da 7% olub./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi