Britaniya da Kiyevə M270-lər göndərir
London Ukraynaya uzaq məsafədəki hədəfləri vuran raket sistemləri verəcək.
Bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib.
“Britaniya Ukraynaya 80 kilometr məsafədəki hədəfləri vura bilən M270 buraxılış sistemlərini göndərəcək. Bu addım ABŞ-ın Ukraynanı HIMARS qurğusu ilə təmin etmək qərarına uyğun olaraq atılıb. M270 Britaniyanın Ukraynaya hədiyyə edəcəyi çoxlu raket sistemindən biridir. London daim Ukraynanın yanındadır“, - o bildirib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın