Britaniyalılar ildə 10 milyon hinduşka yeyir

Britaniyalılar ildə 10 milyon hinduşka yeyir 

"The Sun" qəzeti yazır ki, Britaniyada dekabrın 25-i - Milad günündə qoyun, qaz və donuz əti pərəstişkarlaırnı çıxmaqla əksəriyyətin masası üstündə hindtoyuğu olur

Bəzi statistik məlumatlara görə, 2017-ci ilin Miladında da britaniyalıların 87 faizi bayram yeməyi kimi bu quşun adını çəkiblər.

Bəs görəsən britaniyalılar Milad günündə niyə məhz hinduşka yeyirlər?

"The Sun" yazır ki, bu ənənə çox güman bir yorkşirli kişidən başlanıb.

Təxminən 500 il bundan əvvəl - 1526-cı ildə William Strickland adlı bir şəxs Amerika hindularından 6 hindtoyuğu alıbmış.

O, Amerikada aldığı bu ev quşlarını Britaniyaya gətirməzdən əvvəl ada sakinləri bayramlarda yalnız qaz, qaban başı, toyuq və hətta qırqovul yeyərmişlər.

Buna görə də 16-cı əsrdə ölkəyə gəlmiş bu quşun dadına ilk dəfə kral 8-ci Henrix baxıb.

Sonralar kral 7-ci Edvard hindtoyuğunu populyarlaşdırıb.

"The Sun" yazır ki, ticarətdən yaxşı başı çıxan britaniyalılar bu quşun sərfəli olduğunu dərhal başa düşüblər. Hinduşka həm böyüklüyünə görə ailələri bayramlarda tam doyuzdurur, digər tərəfdən toyuqları və mal-qaranı kəsməkdən xilas edirdi. Əvəzində evlərin südü və yumurtası da bol olurdu.

İndiki statistikaya görə, Britaniyada ildə 10 milyon hinduşka yeyilir. Bu da bəllidir ki, britaniyalıların 25 faizi hinduşkanı Miladdan bir ay əvəl alıb buzxanada saxlayır. Belə, ucuz başa gəlir, əlbəttə (BBC).

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi