“British Council”ın rəhbəri Azərbaycan Dövlət Aqrar Universitetində əməkdaşlıq imkanlarını müzakirə edib - FOTO
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov “British Council” təşkilatının Azərbaycana yeni təyin olunmuş rəhbəri Frensis Qardener-Trexo ilə görüşüb.
Görüşdə İ.Cəfərov qonağa universitetin ən müasir standartlara cavab verən tədris korpusları, laboratoriyaları, Biotexnologiya mərkəzi, Tədris-təcrübə təsərrüfatı və s. barədə geniş məlumat verib. Qeyd olunub ki, Aqrar Universitetdə ingilis dilində təhsil alan tələbələrlə yanaşı bu dildə tədris edən müəllimlər də kifayət qədərdir. Sonra mümkün əməkdaşlıq imkanları müzakirə olunub.
Frensis Qardener-Trexo ADAU ilə Böyük Britaniya universitetləri arasında əlaqələrin qurulması, müəllim-tələbə münasibətlərində mobilliyin artırılması və məzunların qabiliyyəti üzrə fəaliyyətlərini dəstəkləyəcəyini bildirib.
Faktinfo.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın