BSU-nun sabiq şöbə müdiri insanları Milli Məclisdə işə düzəltmək adı ilə aldadıb - KİMƏ ARXAYIN İMİŞ?

BSU-nun sabiq şöbə müdiri insanları Milli Məclisdə işə düzəltmək adı ilə aldadıb - KİMƏ ARXAYIN İMİŞ? 

Bakı Slavyan Universitetinin (BSU) tələbələrin təhsil haqqını mənimsəyən sabiq şöbə müdiri Dürdanə Əliyevanın işə düzəltmək adı ilə insanları aldatdığı məlum olub.

Bu barədə Report.az-a açıqlamasında BSU-nun rektoru Nurlana Əliyeva məlumat verib.

Onun sözlərinə görə, D.Əliyeva müxtəlif işlər düzəltmək məqsədilə (Diplomun tanınması, Milli Məclisdə işə düzəltmək, məktəbə, uşaq bağçasına direktor vəzifəsinə düzəltmək, ev alqı-satqısı və s.) universitetə aid olmayan digər şəxsləri də aldadaraq külli miqdarda vəsait mənimsəyib.

"Bu məsələ ilə bağlı məlumat Azərbaycan Respublikası Təhsil Nazirliyinə çatdırılıb, inzibati orqanlara bildirilib", deyə rektor əlavə edib.

Qeyd edək ki, ali təhsil müəssisəninin Qiyabi və əlavə təhsil şöbəsinin müdiri D.Əliyevanın tələbələrdən mənimsədiyi təhsil haqqlarının məbləği təxminən 140 000 manat miqdarında olduğu müəyyənləşdirilib. O, rektorun əmri ilə universitetdən xaric edilib. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi