BSU “Qürurlu ol, əsgər anası!” layihəsində fəal iştirak edir

BSU “Qürurlu ol, əsgər anası!” layihəsində fəal iştirak edir 

Məlum olduğu kimi, hazırda Bakı Slavyan Universitetində (BSU) “Qürurlu ol, əsgər anası!” layihəsi həyata keçirilir.

Qeyd edək ki, bu layihənin məqsədi BSU-nun hazırda ön cəbhədə hərbi xidmətdə olan və erməni işğalçıları ilə döyüşən məzun əsgərlərinin ailələrinə mənəvi dəstək vermək,onlarla həmrəylik nümayiş etdirməkdir. Layihə çərçivəsində BSU-nun Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin rəhbərliyi fakültənin məzunları Murad Sadiqovun, Elvin Kazımlının və Rövşən Müslümzadənin valideynlərini ziyarət ediblər.


Görüş zamanı Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev, Tədris işləri üzrə dekan müavini, dosent Sevil Bağırova, Tərbiyə işləri üzrə dekan müavini Kəmalə Nəsirova və tyutor Leyla Həyatova məzun əsgərlərin valideynləri ilə həmrəy olduqlarını bildirərək məzunlarla qürur duyduqlarını xüsusi vurğulayıblar. Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı, rəşadətli Azərbaycan Ordusu erməni təcavüzkarlarının yeni hərbi təxribatına cavab olaraq genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatlarını davam etdirir.


 Azərbaycan Ordusu bir sıra yaşayış yerlərini, strateji postları və yüksəklikləri düşməndən azad edib. Azərbaycan xalqı mühüm tarixi günlər yaşayır. Xalqımızın ürəyi ön cəbhədə mənfur düşmənə sarsıdıcı zərbələr endirən igid əsgər və zabitlərimizlə birgə döyünür. Bütün xalqımız kimi, BSU-nun professor-müəllim heyəti və tələbə-gəncləri də başda Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, partiyanın Qadınlar Şurasının sədri, professor Nurlana Əliyeva olmaqla, dövlət və ordu ilə birlik nümayiş etdirir. Hər birimiz düşmən üzərində tam və qəti qələbəni əminliklə gözləyirik. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dediyi kimi, “Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun!” Qarabağ Azərbaycandır! Yaşasın öz şərəfli və müqəddəs missiyasını uğurla həyata keçirən Azərbaycan Ordusu!


Görüş zamanı məzun əsgərlərin ailələrinə sovqat verilib, eləcə də onların universiteti bitirmələri haqqında diplomları valideynlərinə təqdim edilib. Görüş hamıda xoş təəssürat, yüksək əhvali-ruhiyyə yaradıb.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi