Bu ərazilərdə istilik təchizatı dayandırıldı - Səbəb
Bakının Xətai rayonu, Gəncə prospektində, Yeni Günəşli və Köhnə Günəşli qəsəbələrində yaşayış və qeyri-yaşayış binalarında istilik təchizatı dayandırılıb.
Məsələ ilə bağlı Azəristiliktəchizat ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev Trend-ə bildirib ki, istilik sisteminin olmamasına səbəb əraziyə təbii qaz verilişinin dayandırılmasıdır.
"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev faktı təsdiqləyib. Onun sözlərinə görə, həmin əraziyə qaz verilişinin dayandırılması "Azəriqaz" İstehsalat Birliyinin Qaz İxrac İdarəsi tərəfindən Qum adası-Qaraçuxur və Qum adası-Ağ şəhər magistral qaz kəmərləri arasında yeni çəkilmiş 130 pm diametrli 219 mm-lik əlaqələndirici qaz kəmərinin nəqletmə sisteminə birləşdirilməsi ilə əlaqədardır:
"Hazırda Zığ Qazpaylayıcı Qaz Stansiyasından qaz verilişi dayandırılıb. Həmin ərazilərdə təbii qazın verilişi işlər tamamlanandan sonra bərpa olunacaq".
Birlik rəsmisi gün ərzində təbi qazın verilişinin bərpa olunacağını da əlavə edib.
Bu xəbər üçün şərh yazın