"Bu gedişatla Ukraynanın 10%-i epidemiyaya yoluxacaq” - ZELENSKİ
“Ən pis ssenarinin baş tutması halında Ukrayna əhalisinin 10%-i (təxminən 4 milyon adam) “COVİD-19” virusunun infeksiyasına məruz qalacaq"
Ukrayna mediası xəbər verir ki, bu sözləri söyləyən prezident Vladimir Zelenskidən başqası deyil.
Dövlət başçısı belə bir məşum mənzərəni “Savik Şusterlə azad söz” verilişində təsvir edib. Onun sözlərinə görə, hazırda ölkədə epidemiya ilə bağlı situasiya nəzarət altında olsa da, Pasxa bayramı bütün işləri korlaya bilər. Belə ki, bayramdan sonra ukraynalılar ənənəyə uyğun olaraq kilsə və məbədləri ziyarət etməyi planlaşdırırlar.
“Əgər çox sayda adam toplaşsa, o zaman bayramdan sonra daha böyük dalğa gələcək və biz dəhşətli bir statistika ilə üz-üzə qalacağıq. Yəni əhalinin 2-10%-i virusa yoluxacaq. Əgər insanlar özünütəcridi seçməsələr və kilsəyə baş çəksələr, o zaman tibb işçilərini ağır seçim qarşısında qoyacaqar. Biz bunu İtaliyada gördük. Orada elə vaxt olub ki, 10 nəfərdən kimin yaşayacağını həkim müəyyən edirmiş. Bizdə də eyni situasiya olsa, həkimlər bənzər qərarlar verəcək”,-deyə prezident əhaliyə xəbərdar edib.
Ukrayna lideri xalqı səbr etməyə çağırıb: “Bayramlar hamı üçün əziz və mühümür. Gələcək il hamımız kilsəyə gedəcəyik. Amma indi hər kəs səbr etməli və dözməlidir”.
Bu xəbər üçün şərh yazın