"Bu gün Bakıda həbs olunası nə qədər icra başçıları var"
“Bunlar o qədər arxayındırlar ki, düşünürlər tutulsalar, Akif Covdarov kimi pulumuzu verib çıxacağıq”
Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Partiya sədri icra başçılarının həbsinin davam etməsinin vacibliyini vurğulayıb:
“İcra başçılarının həbsi davam etməlidir. Beş-altı nəfəri tutmaqla iş düzəlmir. Əsas onların başında duranlar getməlidir. Kürdəmirin icra başçısının saxtakarlıqlarını ört-basdır edən şəxslər həbs edilməlidir. Bu gün Zeynal Nağdəliyev niyə getmir, bilmirəm. Bunlar o qədər arxayındırlar ki, düşünürlər tutulsalar, Akif Covdarov kimi pulumuzu verib çıxacağıq. Bunlar bir milyard yeyirlər, həbs olunanda da bir milyon verib çıxırlar. Bunu isə deyən yoxdur. Bizim mediada bunları yazmırlar.
Təkcə Hafiz Hacıyevdir ki, bu yolda həyatını, canını qoyub və özünü də axşama kimi söydürür. Nəinki Kürdəmir, bu gün Bakıda həbs olunası nə qədər icra başçıları var. Onları niyə həbs etmirlər? Niyə bu icra başçıları çöldə qalmalıdır? Niyə dövlət başçısına xəyanət edənlər həbs edilməməlidir? Alimpaşa deyir ki, mənim böyüyüm Ramiz Mehdiyevdi, amma bir dəfə prezidentin adını çəkmir. Özü də Fazil Məmmədovun yaxın adamı idi və ona "dədə" deyirdi. Bunu Şəmkir camaatı danışır. Niyə bəs o, həbs edilməməlidir? Ziya Məmədovun qoyduğu kadrlar hamısı rayonlarda işləyir”.
Bu xəbər üçün şərh yazın