Bu gün bölgədə Azərbaycanın nüfuzu güclüdür

Bu gün bölgədə Azərbaycanın nüfuzu güclüdür -Tarixçi-tədqiqatçı Sahib Həsənov

10 noyabr 2020-ci il bəyənatı Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarının azad edilməsi, işğalçı Ermənistanın kaputulyasiyası ilə başa çatdı.

44 günlük vətən müharibəsində əldə olunmuş tarixi zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnmişdir. Bəyənatı imzalayan Azərbaycan, Ermənistan və Rusiya dövlət başçıları bölgədə sülh və sabitliyin iqtisadi əməkdaşlıq əlaqəsinin gələcək perspektivi üçün geniş imkanlar yaratmışlar. Bəyənatda Ermənistan ərazisindən Naxçıvana birbaşa nəqliyyat dəhlizinin yaradılması ideyasını da nəzərdə tutur. 

44 günlük müharibədə ələdə edilmiş tarixi qələbə və imzalanmış Bəyənat Cənubi Qafqaza sülh və sabitlik gətirdi. Türkiyənin savaşdan sonra Müşahidə Şurasındakı iştirakı bölgədə sabitlik üçün vacib amilə çevrildi. Azərbaycan Türkiyə əməkdaşlığı Cənubi Qafqazda yeni siyasi, iqtisadi, humanitar əməkdaşlıq imkanlarını daha da artırdı.Ermənistanın uzun illərdən bəri işğalçı və təcavüzkar siyasəti ona nə verdi? Dünyada işğalçı dövlət kimi tanındı. Ölkə daxilində dərin böhran və bölgədə böyük beynəlxalq layihələrdən kənarda qalmaq kimi bir vəziyyətə düşdü. Bu gün Ermənistan üçün də geniş yeni şans yaranıbdı. Əgər Ermənistan Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan boyun qaçırsa bir dövlət kimi dərin bir uçuruma yuvarlanar və əhalisi dilənçi vəziyyətinə düşər. Ermənistanın Azərbaycan və Türkiyə ilə əlaqələrinin qarşılıqlı hörmət əsasında qurulması bu ölkənin gələcək inkişafı üçün zəmin yaradacaqdır.


Ermənistan təcavüzkar siyasətindən əl çəkərsə azərbaycan vasitəsilə digər ölkələrlə əlaqələrinin yaranmasına şərait yaranar. Türkiyə öz sərhədlərini Ermənistan üçün açmış olar.

Bu gün dünyada eləcə də bölgədə Azərbaycanın ruhu və nüfuzu güclüdür. Beynəlxalq layihələrin müəllifi kimi Azərbaycan istəyir ki, qonşu ölkələr arasında sülh və sabitlik olsun. İqtisadi əlaqələr hər bir ölkənin əhalisinin həyat şəraitini və güzəranını yüksəltsin. Dövlət başçımız dəfələrlə vurğulayıb ki, bizim siyasətimiz həm müharibə dövründə həmdə müharibədən sonra birmənalıdır: “ Mən bu siyasəti qısaca və dürüst ifadə edərək bu gün də deyirəm ki, bizim hədəfimiz sülhdür”.

Azərbaycan, Türkiyə, İran və Rusiya ilə birgə həyata keçirilən beynəlxalq layihələr iqtisadi inkişaf üçün böyük imkanlar yaradır. Əgər Ermənistan Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etməsə onun vəziyyəti daha da pisləşəcək. Bu iki vurmaq iki kimi aydın bir işdir. Bu gün Ermənistanda sağlam düşüncə, ağıllı siyasət üstünlük təşkil etməlidir. Bunun əksi isə Ermənistan üçün özünəqəsd olardı.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi