“Bu gün, ya sabah əfv sərəncamı imzalanacaq” – Yekun siyahı Prezidentə təqdim edilib

“Bu gün, ya sabah əfv sərəncamı imzalanacaq” – Yekun siyahı Prezidentə təqdim edilib 

Bu gün, ya sabah Prezident İlham Əliyevin 28 May Müstəqillik Günü münasibəti ilə əfv sərəncamı imzalayacağı gözlənilir.


Bu barədə AzPolitika.info məlumat yayıb.Faktinfo.az sayta istinadən xəbər verir ki, Əfv Komissiyasındakı mənbə bildirib ki, Komissiyaya daxil olan müraciətlər araşdırılıb və yekun siyashı ölkə başçısına göndərilib.

Xatırladaq ki, mətbuatda əfv edilənlər arasında Qarabağ qazisi Saleh Rüstımlinin, ömürlük məhbus, iş adamı Şəmsi Səmədzadənin, habelə bəzi OMON-çuların adlarının olacağı barədə məlumatlar yayılıb.

Əfv Komissiyasının üzvü isə deyib ki, kimlərin əfv ediləcəyi dövlət başçısının müstəsna hüququdur.

“Əgər kimlərsə əfv üçün müraciət ediblərsə, heç bir ayrı-seçkilik olmadan onun ərizəsinə baxılır. Bəzi beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınan məhbusların adları isə Prezident humanistlik göstərərək özü siyahıya əlavə edir. Ümid edirik ki, budəfəki əfv siyahısı da xeyli sayda məhkuma şamil olunacaq, onların ailələri sevinəcək”- deyə, mənbə vurğulayıb.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi