“Bu hadisədə sui-qəsd elementləri var” - Pilotun ölümündə Sadıkovun “əli” var?
2019-cu ilin 24 iyulunda MİQ-29 təyyarəsinin qəzaya uğraması nəticəsində polkovnik-leytenant Rəşad Atakişiyevin həlak olması ölkəni sillkələdi.
Hadisə ilə bağlı müəyyən araşdırmalar aparıldı və bəzi detallar üzə çıxdı. Buna rəğmən R.Atakişiyevin ölümünə dair sirr pərdəsi çəkilməyib. Müəyyən iddialar səslənir ki, bu məşum olayın açıqlanan detalları həqiqəti əks etdirmir.
Təyyarənin quş sürüsü ilə toqquşaraq qəzaya uğraması ehtimalı qeyri-ciddi yanaşma kimi dəyərləndirilir. Hətta baş verənlərdə sabiq baş qərargah rəisi Nəcməddin Sadıqovun da “əli”nin olduğu iddia olunur.
Mərhum pilotun qayınatası, sabiq dövlət müşaviri , tanınmış politoloq Qabil Hüseynli müəmmalı hadisənin real detalları barədə “Sherg.az”a danışıb:
Faktinfo.az xəbər verir ki,mərhum pilotun qaynatası sayta açıqlamasında detallı şəkildə danışıb:“Rəhmətlik Rəşadın hərəkətlərində hər hansı bir nöqsan tapılmayıb. O, təyyarəni təminatlara uyğun idarə edib. Döyüş təlimindən sonra geriyə qayıdarkən təyyarəyə xarici təsirlər olduğu üçün bədbəxt hadisə baş verib. Rəşad özü də havada olarkən ağır yaralanıb. Son ana qədər texnikanı katapult etməyib, onu xilas etməyə çalışıb. Bütün bunlar belə düşünməyə əsas verir ki, təyyarəyə kənardan yad cisim və qüvvə təsir edib. Hətta Rəşadı da ağır yaralayıb. Təyyarənin quşla toqqaşmasına isə inanmıram.
“Bu işdə Nəcməddin Sadıkovun “əli”nin olub-olmamasına dair yanaşmalara gəlincə, sabiq müşavir bunları söyləyib:
“N.Sadıkov haqqında fikirlərim müsbət deyil, lakin onun bu məsələyə qarışması və ya günahkar olması barədə heç bir fikrim yoxdur. Belə bir məlumata malik deyiləm. Amma bu hadisədə sui-qəsd elementləri var”.
Bu xəbər üçün şərh yazın