Bu hallara İnam Kərimov da əhimiyyətsiz yanaşır- Maliyyə Nazirliyi diqqət yetirəcək
Maliyyə Nazirliyi dövlət vəsaitinin icrasına dair apardığı yoxlamalarda ştat vahidlərinə xüsusi diqqət yetirəcək. Burada məqsəd müxtəlif vəzifələr üzrə ödənilən dövlət vəsaitinin səmərəliliyinin artırılması məqsədi daşıyacaqdır.
Faktinfo.az saytının əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyi Kənd Təsərrüfatı Nazirliyinin bütün təşkilatlarında o cümlədən, “Aqroservis” ASC-nin rayon bölmələrində işləyərək, əyani təhsil alan, məvacibi 700-750 AZN civarında olan müəyyən sayda şəxsləri müəyyənləşdirəcək.
Qanunun yol vermədiyi bu kimi hallara sabiq nazir Heydər Əsədovun zamanında yol verildiyi bildirilsə də, hazırkı nazir İnam Kərimovun da əhəmiyyət vermədiyi qeyd olunur.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın