Bu iki postsovet ölkəsi NATO-ya üzv ola bilər
NATO Gürcüstan və Ukraynanın hərbi-siyasi bloka gələcək üzvlüyün mümkünlüyünü nəzərdə tutan “açıq qapı” siyasətinə sadiq qalır.
Bu sözləri NATO Baş katibi Yens Stoltenberq deyib.
Stoltenberqin sözlərinə görə, Alyans onun dəyərlərini bölüşən və Şimali Atlantika müqaviləsinin prinsiplərini yerinə yetirməyə hazır olan bütün demokratik Avropa ölkələri üçün açıqdır.
Məruzədə, həmçinin NATO ölkələrinin hələ 2008-ci ildə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən zirvə toplantısında Gürcüstan və Ukraynanın NATO-ya mümkün üzvlüyünü dəstəkləməyə qərar verdiyi vurğulanıb./Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın