Bu məhsullar ürək-damar sistemini qoruyur

Bu məhsullar ürək-damar sistemini qoruyur 

Damarların xroniki xəstəliyi olan ateroskleroz ürək-damar sisteminin əsas səbəblərindən biridir.

Bteroskleroz zamanı damarların daxilində "pis" xolesterin və kalsium yığılır ki, damarlar daralır, sərtləşir. Bunun nəticəsində damarların yırtılması, tutulması riski artır. Əgər beyin və ya ürək damarı tutular və ya yırtılarsa, bu infarkt və ya insultun inkişafına səbəb olacaq.

Təəssüf ki, uzun müddət ərzində ateroskleroz özünü büruzə vermir.

Amerika alimləri araşdırma zamanı aşkar ediblər ki, kaliumla zəngin olan məhsulların tez-tez istehlakı aterosklerozun inkişafını xeyli ləngidir, damarları qoruyur.

Əksinə isə kaliumun qidalanmada çatışmazlığı damarlarda patoloji dəyişikliklərin inkişafını daha da tezləşdirir.

Araşdırmanın nəticələrini nəzərə alaraq alimlər inlanlara damarları qorumaq məqsədi ilə kaliumla zəngin olan məhsulları qidalanmaya tez-tez daxil etməyi tövsiyə edir.

Belə məhsullar sırasına daxildir: ərik qurusu, lobya, noxud, mərci, kişmiş, qara gavalı, badam, qoz, banan, kartof, xurma, ispanaq, zoğal.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi