Bu, o demək deyil ki, piyadalar cərimələnməyəcək -

Bu, o demək deyil ki, piyadalar cərimələnməyəcək - Açıqlama

Xəbər verdiyimiz kimi, Daxili İşlər naziri Vilayət Eyvazov piyadalara cərimə yazan yol polisləri ilə bağlı əmr imzalayıb.

Əmrə əsasən post-patrul nizami hissələri əməkdaşlarına verilmiş yol patrul xidməti inspektorlarına aid olan səlahiyyətlərə xitam verilərək qanunla müəyyən olunmuş vəzifələrinin icrasını davam etdirmək üçün onlar daimi xidmət yerlərinə qaytarılıblar. 

Bu əmrdən sonra sosial şəbəkə istifadəçiləri piyadalarla bağlı qəza hallarının artacağı, təhlkəli durumun yaranacağı haqda fikirlər səsləndirirlər. Məsələ ilə bağlı Yeni Sabah.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib ki, Daxili İşlər Naziri Vilayət Eyvazovun bu göstərişi piyadaları arxayın salmasın ki, onlara cərimə tətbiq olunmayacaq. 

Əslində yol hərəkətiniz təhlükəsizliyini cavabdeh qurum yol polisidir və bu funksiya da daim yol polisinin olub: “Sadəcə olaraq, keçən ilin mart ayında zərurət yaranmışdı deyə,  post patrul xidmətinin əməkdaşları da oraya ezam olunmuşdular. İndi onların missiyası artıq sonlandı. 

Artıq bu gün yol polisləri rəsmi olaraq öz rəsmi vəzifələrini icra edirlər. Əgər yol polisinin qarşısına yol hərəkəti qaydalarını pozan piyada çıxarsa, onlar necə ki, sürücüləri cərimələyirlər, piyadaları da eyni qaydayla cərimələyəcəklər.

Post patrulun gördüyü iş müəyyən mənada yaxşı idi, amma son vaxtlar işi saatlara bölmüşdülər, səhərdən günortaya kimi 10 dənə protokol yazıb çıxıb gedirdilər. Yəni formal xarakter almışdı. Ola bilər ki, yol polisi əməkdaşlarının sayı artırılsın.

Mən düşünürəm ki, hər bir insanın öz düşüncə tərzi var, cərimə ilə nəsə aşılamaq mümkün deyil. Təbliğat işini boş buraxmaq olmaz, təbliğat işini gücləndirmək lazımdır. Dünən bu mövzunu müzakirə etmişik. Əvvəlkindən fərqli olaraq nəzarət daha çox olacaq”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi