Bu partiya 570-ə qədər ailəyə ərzaq yardımı payladı

Bu partiya 570-ə qədər ailəyə ərzaq yardımı payladı 

Ölkəmizdə bəşəri bəla olan Koronavirusa qarşı mübarizədə ciddi xarakter daşıyan sərt məhdudlaşdırıcı tədbirlər həyata keçirilməkdədir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın “evdə qal” çağrışına əməl edən imkansız və ahıl həmvətənlərimizə ərzaq yardımı etmək kimi xeyirxah hərəkat bütün şəhər və bölgələrimizdə geniş vüsət almaqdadır.


Ana Vətən Partiyası da bu humanist aksiyaya öz töhfəsini verməkdədir.  Bu günə qədər Partiya Aparatının əməkdaşları, Səbail, Masallı, Lənkəran, Bərdə, Salyan, Neftçala, Biləsuvar, Şirvan, Şamaxı, Quba, Siyəzən rayon təşkilatları 570-ə qədər ailəyə ərzaq yardımı göstərmişdir.


Ana Vətən Partiyası xüsusi karantin rejimi bitənədək bu xeyirxah aksiyanın içərisində yer alacaqdır./demokrat.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər